15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayıb

Bu gün regionun nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayıb.

PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində bir araya gəlir.

INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirəcək.

Sammit zamanı iştirakçılar müxtəlif şirkətlər tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər.

İki gün davam edəcək sammitdə iştirakçılara yüksəksəviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Builki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılacaqlar.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?