15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkəti ölkəmizdə yeni investisiya layihələrinə maraq göstərir

Energetika naziri Pərviz Şahbazov Çinin “PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, həmçinin 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrasının mövcud vəziyyəti müzakirə edilib. Layihələrin inkişaf perspektivləri şəbəkəyə inteqrasiya və ixrac imkanları çərçivəsində qiymətləndirilib.

Hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə əlavə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkə tədqiqatlarının aparılması, həmçinin Türkiyə və Avropa istiqamətlərində enerji interkonnektorlarının qurulması barədə məlumatlar diqqətə çatdırılıb.

“PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang bildirib ki, Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də bazar potensialı və iqtisadi biznes mühiti baxımından əlverişli ölkədir və şirkət yeni investisiya layihələrinə maraq göstərir. Görüş zamanı bərpa olunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?