15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rumıniyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 429,3 milyon ABŞ dolları dəyərində 778,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 59,5 faiz və ya 160,1 milyon dollar, həcm baxımından isə 79,5 faiz və ya 344,7 min ton üstələyir.

Cari ilin ilk 8 ayı ərzində ölkədən ümumilikdə 8,39 milyard dollar dəyərində 15,9 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 5-ci yerdə qərarlaşıb və ixrac həcminin 4,88 faizi bu ölkənin payına düşüb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?