15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bankdan ilk addım: ev təsərrüfatları üzrə sorğu aparılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gündən “Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri” sorğusuna start verir. Bunu AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov jurnalistlərə açıqlayıb. Onun sözlərinə görə, sorğunun məqsədi ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri haqqında məlumat toplamaq, bu qərarlara təsir edən amillər haqqında onların fikirlərini öyrənmək, ev təsərrüfatlarının borc yükü və onun ödənilməsi imkanları ilə bağlı informasiya əldə etməkdir.

Mərkəzi Bankdan bildirilib ki, ev təsərrüfatlarının istehlak və yığım üzrə davranış və niyyətləri məcmu tələbin əsasını təşkil etməklə inflyasiya səviyyəsi və gözləntilərinin formalaşmasında amillərdən biri kimi çıxış edir. Digər tərəfdən, borc yükü və ona xidmət göstərilməsi ev təsərrüfatlarının maliyyə dayanıqlılığı və ödəmə qabiliyyətinə təsir edir, onların istehlak və yığım qərarlarının formalaşmasında mühüm rol oynayır.

Sorğu vasitəsilə əldə edilən məlumatlar bir sıra makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılması, habelə pul və maliyyə sabitliyi siyasəti qərarlarının verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, sorğu geniş respondent kütləsini əhatə etməsi məqsədilə 25.09.2025-ci il tarixində Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Sorğunun rübdə bir dəfə olmaqla ildə 4 dəfə keçirilməsi planlaşdırılır.

Mərkəzi Bank sorğuda iştirak edən vətəndaşların fərdi məlumatlarının tam qorunmasına təminat verir. Onlayn əldə edilən həmin məlumatlar xüsusi texnologiya ilə kodlaşdırılaraq təhlil ediləcək. Bu yolla soğruda iştirak edənlərin kimliyi gizli saxlanacaq.

Sorğuya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:

https://e-cbar.az/Survey/Info/203

Sorğuda iştiraka dair izahedici videoçarx:

https://youtu.be/U5JG5xjNBZ4

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?