15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Serbiya ilə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanları nəzərdən keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir. Serbiya ilə iqtisadi sahədə əməkdaşlığın geniş potensiala malik olduğu bildirilib, müxtəlif iqtisadi istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb. Serbiya şirkətlərinin ölkəmizdə reallaşdırılan iqtisadi layihələrdə iştirak imkanları diqqətə çatdırılıb.

Görüşdə iqtisadi sahədə birgə təşəbbüslərin önəmi qeyd olunub, ticarət, investisiya, biznes, enerji və digər sahələrdə işbirliyinin səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.

-----

16:15

“Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Ana Brnabiç ilə görüşdük. Görüş zamanı birgə təşəbbüslərin əhəmiyyətini vurğulayaraq ticarət, investisiya, biznes, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?