23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda ilk dəfə olaraq “ABB Group” şirkətinin məhsulları istehsal ediləcək

Azərbaycanda ilk dəfə olaraq “ABB Group” şirkətinin məhsulları istehsal ediləcək

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC ilə “ABB Group” (Türkiyə) arasında Modulyar panel sistemlərinin quraşdırılmasına dair Müqavilə imzalanıb.

Agentlikdən verilən məlumata görə, müqaviləni “Eel Electric” MMC-nin direktoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayev imzalayıblar.

Birgə əməkdaşlıq çərçivəsində tərəflər “Eel Electric” MMC-nin Ağdam Sənaye Parkında yerləşən müəssisəsində dünyanın ən tanınmış brendlərindən hesab edilən ABB markalı orta və aşağı gərginlikli elektrik yuvalarının istehsalını həyata keçirəcəklər. İstehsal prosesi “ABB Group” şirkətinin qabaqcıl texnologiyası əsasında təşkil ediləcək.

140 ildən çox təcrübəyə malik “ABB Group” şirkəti dünyada elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir. Şirkətin dünya üzrə 110 mindən artıq işçisi var.

Qeyd edək ki, “Eel Electric” MMC Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğul olur.

Müəssisənin illik gücü 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığın istehsalıdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?