15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin iştirakı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin Bakıya səfəri çərçivəsində yüksək səviyyəli dəyirmi masa keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sessiyalarda İƏT-ə üzv ölkələrdə qeyri-formal məşğulluqla mübarizə, işçi qüvvəsinin səmərəli idarəsi və bacarıqların müasir iş dünyasının tələblərinə uzlaşdırılması, həmçinin əmək mobilliyinin artırılması kimi bir sıra çağırışlar müzakirə olunub.

Peşə təhsili, məşğulluq proqnozlaşdırması və regional əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Azərbaycanın DOST və “Əmək və məşğulluq” alt sistemi (ƏMAS) kimi innovativ təcrübələri təqdim edilib.

Tədbir çərçivəsində İƏT Əmək Mərkəzinin Baş Assambleyasının 2-ci sessiyasına hazırlıqla bağlı sənəd layihələri və hesabatların müzakirəsi məqsədilə yüksək vəzifəli rəsmilərin görüşü də olub.

Sessiyanın növbəti il üçün sədri Azərbaycan, sədr müavinləri Səudiyyə Ərəbistanı və Çad Respublikası seçilib

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?