15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kiçik və orta biznesin inkişafına həsr olunmuş panel sessiya keçirilib

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Dayanıqlı və inklüziv investisiya mühitinin yaradılması məqsədilə kiçik və orta biznesin (KOB) gücləndirilməsi” mövzusunda panel sessiya təşkil olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyevin moderatorluğu ilə keçirilən panel sessiyada İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi inklüziv investisiya strategiyasının həyata keçirilməsində KOB nümayəndələrinin strateji əhəmiyyəti barədə məlumat verib. Ticarət missiyaları, ölkələr arasında biznes forumlar, seminarlar və digər işgüzar görüşlərin KOB-ların gücləndirilməsində rolundan danışıb.

Azərbaycan-Britaniya Ticarət Palatasının icraçı direktoru Zibər Hüseynova innovasiyaların tətbiqi və iqtisadi dayanıqlığın təmin edilməsində KOB-ların əhəmiyyəti və onların gələcəyini formalaşdıran əsas investisiya tendensiyaları barədə məlumat verib.

Panel sessiyada “ZIRA Natural & Gourmet” brendinin təsisçisi Afət Əhmədova Azərbaycanda KOB-ların qarşısında duran əsas çağırışlar, qadın və gənc sahibkarların biznes fəaliyyətinin gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyində özəl sektorun inkişafı üzrə baş mütəxəssis Sənan Şabanov Bankın özəl sektorun inkişafına, xüsusilə də KOB-lara dəstək verdiyini, yerli banklar vasitəsilə kreditlərin ayrıldığını bildirib. Qadın sahibkarların fəaliyyətinə xüsusi önəm verildiyi qeyd edilib. Bildirilib ki, yeni texnologiya sahəsinin inkişafı məqsədilə innovativ maliyyə alətləri hazırlanır.

Tədbir iştirakçıları KOB-ların inkişafı üçün yaradılan imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıblar.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?