15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bu baxımdan, AYİB-lə uğurlu tərəfdaşlıq qeyd olunub. Bildirilib ki, Bankla həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin tətbiqini sürətləndirir. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün işbirliyi imkanları diqqətə çatdırılıb.

Tərəflər su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər sahələrdə birgə fəaliyyət perspektivləri haqqında müzakirə aparıblar.

-----

16:28

“Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşdük. Beynəlxalq maliyyə qurumları ilə səmərəli tərəfdaşlığın Azərbaycanın dayanıqlı inkişafı və investisiya mühitinin təkmilləşdirilməsində mühüm rolunu vurğuladıq. Su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər perspektiv sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?