15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Silk Road Fund" ilə gələcək əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.

Vurğulanıb ki, Azərbaycan ilə Silk Road Fund arasındakı əməkdaşlıq ölkəmizin beynəlxalq maliyyə platformalarında etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, strateji infrastrukturun inkişafına və qlobal sərmayə axınının cəlbinə mühüm dəstək verir, Azərbaycanın regional və qlobal iqtisadi təşəbbüslərdə daha fəal iştirakına şərait yaradır.

Tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

-----

13:34

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirdiyi görüşlərə dair daha bir paylaşım edib.

“Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Silk Road Fund"ın idarəedici direktoru Deng Jinghua ilə gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılmasına dair fikir mübadiləsi apardıq. Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları nəzərdən keçirildi”,- nazir bildirib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?