15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Maliyyə Korporasiyasının meneceri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə (PPP) Meneceri Tomas Lubek ilə görüşüb.

Görüşdə Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmlərinin tətbiqi, infrastruktur və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi, həmçinin beynəlxalq maliyyə institutlarının bu prosesdə rolu müzakirə olunub.

Həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və investisiyaların cəlb olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Qeyd edilib ki, PPP modellərinin tətbiqi həm infrastrukturun inkişafına, həm də özəl sektorun iqtisadiyyatda iştirakının genişlənməsinə mühüm töhfə verir.

Ölkəmizin Dövlət-Özəl Tərəfdaşlığı sahəsində atdığı addımlar yüksək qiymətləndirilib, Beynəlxalq Maliyyə Korporasiyasının bu istiqamətdə texniki yardım, maliyyə alətləri və beynəlxalq təcrübə ilə dəstək mexanizmləri müzakirə olunub.

Tərəflər xüsusilə nəqliyyat, enerji, su təsərrüfatı və sosial infrastruktur sahələrində PPP layihələrinin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanları nəzərdən keçiriblər.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?