15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Emin Ağalarov: "Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir"

Azərbaycan investisiya üçün çox əlverişli ölkədir. Burada həyata keçirilən islahatlar investisiyalar üçün çox böyük imkanlar yaradıb.

Bu sözləri “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə həyata keçirilən bu tədbirdə ölkənin investisiya potensialı təqdim olunacaq.

"İnvestisiya imkanlarının yaradılması iş adamları və şirkətlər üçün imkan və fürsətlər yaradır. Bundan istifadə edib Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir. “See Breeze” böyük bir layihədir və çox geniş ərazini əhatə edir. Ərazi və tikinti işləri daha da genişlənəcək və inkişaf edəcək. “See Breeze” ərazisinə də sərmayə yatırımı çox səmərəlidir. Azərbaycanda yaradılan münbit şəraitdən istifadə edib sərmayə yatırımını həyata keçirmək olduqca faydalı olar”, - deyə Emin Ağalarov bildirib.

AZƏRTAC

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?