15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda iştirak edib

18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Forum çərçivəsində təşkil edilən “Türkmənistanın investisiya cəlbediciliyi strateji səmərəlilik amili kimi” plenar sessiyasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. O qeyd edib ki, Azərbaycan və Türkmənistanın dövlət başçıları arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma ölkələrimizin əməkdaşlığının gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirir. Ölkələrimiz arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında önəmli rol oynayır. Azərbaycan-Türkmənistan tranzit daşımaları istiqamətində son illər artım müşahidə olunur. 2025-ci ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu nəticələr nəqliyyat və logistika sektorunda işbirliyinin gücləndiyini əyani şəkildə nümayiş etdirir.

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri və investorlar üçün yaradılan imkanlar, tətbiq edilən güzəştlər, ölkənin strateji nəqliyyat və logistika infrastrukturu, Zəngəzur dəhlizinin perspektivləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarının investisiya potensialı barədə məlumat verilib. Nazir müavini enerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını qeyd edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?