15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR-la “Citibank” arasında enerji və maliyyə sektorlarında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Citibank"ın idarəedici direktoru, təmiz enerjiyə keçid üzrə qlobal rəhbəri və Böyük Britaniyada təbii sərvətlər üzrə rəhbər xanım Kasi Şepörd ilə görüşüb.

Neft Şirkətinin məlumatına görə, görüşdə SOCAR ilə "Citibank" arasında əlaqələrin mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr müzakirə olunub.

Tərəflər enerji və maliyyə sektorlarında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, bu xüsusda SOCAR-ın həyata keçirdiyi neft-qaz və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, kapital bazarlarına çıxış imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?