10 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2 və 7 oktyabr tarixlərində hərraclar keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 2 və 7-də keçiriləcək hərraclara 3 kiçik dövlət müəssisə və obyekti, 159 nəqliyyat vasitəsi çıxarılıb.

Dövlət Xidmətinin məlumatına görə, oktyabrın 2-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsi, oktyabrın 7-də keçiriləcək hərraca 103 nəqliyyat vasitəsi və 3 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.

Kiçik dövlət müəssisə və obyektləri Şirvan şəhərində, Samux və Ağstafa rayonlarında yerləşir. Samux rayonunda olan "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsi alıcılar üçün əlverişli hesab olunur. Müəssisənin torpaq sahəsi 26.068 kvadratmetr, ümumi faydalı sahəsi isə 221 kvadratmetrdir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?