15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zeytun istehsalının artırılması stimullaşdırılacaq

Zeytun istehsalının artırılmasını stimullaşdırmaq məqsədilə intensiv zeytun bağlarının sahəsinin genişləndirilməsi dövlət tərəfindən dəstəklənir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Bakı şəhərində dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə salınacaq intensiv zeytun bağlarının hər hektarına görə fermerlərə 5,6 min manat dövlət dəstəyi veriləcək.

Bu subsidiya torpaq analiz nəticələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan, minimum bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə ən azı 50 hektar sahədə salınan və 1 hektara minimum 1650 ədəd tingin əkildiyi intensiv zeytun bağlarına şamil edilir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?