15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

8 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 127 milyon manata yaxın vəsait daxil olub

2025-ci ilin yanvar-avqust ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 34 hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat təşkil edib.

Bununla yanaşı, 426-sı qeyri-yaşayış, 2728-i torpaq sahələri üzrə olmaqla 3154 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilmə və icarəsindən büdcəyə ümumilikdə 126,9 milyon manat vəsait daxil olub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?