15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oğuz rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Oğuz rayonunda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirin əsas məqsədi fermerlərin sertifikatlı toxumlarla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verməkdir.

Toxum sərgi-satış yarmarkasında Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən Oğuz, Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala rayonlarından toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər. Yarmarkada əkin materialı kimi sertifikatlı toxumdan istifadənin üstünlükləri, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə fermerlərə məlumat verilib.

Toxum sərgi-satış yarmarkası çərçivəsində “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə ölkədə toxumçuluğun inkişaf perspektivləri, mövcud çağırışlar, innovativ yanaşmalar və müasir həll mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Paneldə yüksək məhsuldar toxum sortlarının yaradılması və düzgün istifadəsi, toxumların səpin keyfiyyətinin təyin edilməsi, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə məlumatlar iştirakçılarla bölüşülüb.

Qeyd edək ki, Oğuz rayonunda keçirilən toxum sərgi-satış yarmarkası bu istiqamətdə təşkil olunan sayca ikinci tədbirdir. Bu il 10-dan artıq bölgədə toxum sərgi-satış yarmarkasının təşkili nəzərdə tutulur.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?