15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına görə, müşavirədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Muxtar Respublikanın baş naziri Ceyhun Cəlilov, iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov və digər dövlət nümayəndələri və yerli sahibkarlar iştirak ediblər.

Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirə iştirakçılarının diqqətinə 2025-ci ilin yanvar–avqust ayları üzrə muxtar respublikada əldə olunan makroiqtisadi göstəriciləri çatdırıb. Sosial və iqtisadi sahələrin müxtəlif istiqamətlərində mühüm artımların olduğunu qeyd edən səlahiyyətli nümayəndə vurğulayıb ki, bu göstəricilər sahibkarlar üçün əlverişli mühitin formalaşdığını, rəqabətədavamlı məhsul istehsalına və xidmətlərin keyfiyyətinin artırılmasına mühüm şərait yaratdığını təsdiq edir.

Müşavirədə iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək, tətbiq olunacaq gömrük və ticarət güzəştlərinin muxtar respublikada sahibkarlığın inkişafına mühüm dəstək olacağını bildirib.
Tədbirdə sahibkarların təklifləri dinlənilib, logistikanın subsidiyalaşdırılması, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsinə maliyyə institutlarının cəlb olunması, dövlət satınalmalarında yerli sahibkarlara dəstək göstərilməsi və mövcud problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə edilib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?