15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda COOMET-in prezident şurasının növbəti iclası keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) təşkilatçılığı ilə Bakıda Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) prezident şurasının 41-ci iclası keçirilib.

İnstitutun məlumatına görə, hibrid formatda keçirilən tədbirdə COOMET-in prezidenti Lazizbek Saidoripov, vitse-prezidentlər Azər Qurbanov (Azərbaycan), Yang Ping (Çin), Mustafa Çetintaş (Türkiyə), COOMET katibliyinin rəhbəri Marat Yunusov, o cümlədən AzMİ-nin baş direktoru Xamis Seyranov və digər nümayəndələr iştirak ediblər.

İclas çərçivəsində iştirakçılara AzMİ-nin fəaliyyəti, milli etalon bazasının təkmilləşdirilməsi, yeni istifadəyə verilən laboratoriyaların maddi-texniki bazası, həmçinin metrologiya sahəsində aparılan islahatlar və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib.

COOMET-in prezident şurasının strateji fəaliyyət istiqamətləri üzrə görülən işlər, əldə olunan nəticələr və gələcək perspektivlər barədə çıxışlar dinlənilib. COOMET-in Keyfiyyət Forumunun qərarları, innovasiya və birgə elmi tədqiqatların təşviqi, metrologiya sahəsində rəqəmsal transformasiya və vahid informasiya resursunun yaradılması məsələlərinə nəzər salınıb.

İclasın yekununda AzMİ-nin etalon laboratoriyalarına baxış keçirilib, burada metroloji təminat üzrə görülən işlər barədə ətraflı məlumat verilib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?