15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bərpa olunan enerji mənbələrdən elektrik enerjisi istehsalı 7,2 faiz artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalı 18 321,7 milyon kVt.s təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istehsal olunan elektrik enerjisinin 17 708,4 milyon kVt.s (+1,4 faiz) əmtəəlik elektrik enerjisi təşkil edib. İstilik elektrik stansiyalarında 15 009,9 milyon kVt.s (+0,4 faiz), o cümlədən 146,7 milyon kVt.s (-1,4 faiz) tullantıların yandırılması hesabına elektrik enerjisi istehsal edilib.

Cari ilin ilk 8 ayında bərpa olunan mənbələrdən 2 698,5 milyon kVt.s (+7,2 faiz) elektrik enerjisi əldə olunub.

Bərpa olunan enerji mənbələri üzrə istehsal göstəriciləri:

- su elektrik stansiyaları — 2 257,2 milyon kVt/saat (+6,6 faiz);
- külək elektrik stansiyaları — 33,4 milyon kilovatsaat (-13,2 faiz);
- günəş elektrik stansiyaları — 407,9 milyon kVt/saat (+13 faiz);

2025-ci ilin yanvar-avqust aylarında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15,23 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,82 faiz bəndi çoxdur.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?