15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Emil Zeynalov: “Bizim üçün mikro sahibkarlıq seqmenti həyati önəm daşıyır”

Yaxın aylarda “Mastercard” mikro və kiçik sahibkarlıq subyektlərinə yönələn yeni layihəsini açıqlayacaq. Bu barədə “vergiler.az”a “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov məlumat verib. Onun sözlərinə görə, sahibkarlara yönələn layihələri həm banklar üzərindən, həm də birbaşa reallaşdırırlar: “Bizim üçün mikro sahibkarlıq seqmenti həyati önəm daşıyır. İqtisadiyyatın əsas kapilyarları mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Biz onlara əlimizdən gələn dəstəyi verməyə hazırıq ki, onlar da rəqəmsal iqtisadiyyata öz töhfələrini verməyə davam etsinlər. Növbəti il ərzində bənzər layihələri həyata keçirməyə səy göstərəcəyik”.

E.Zeynalov əlavə edib ki, “Mastercard” mikro və kiçik sahibkarlıq subyektlərinin istifadə edə biləcəyi bir loyallıq şəbəkəsi qurub. Bununla istənilən şirkət “Mastercard”ın banklar üzərindən təqdim etdiyi biznes kartını əldə edərək bu şəbəkə çərçivəsində müəyyən güzəştlər əldə edə bilər: “Bununla sahibkarlar konsultasiya xidmətləri, ofis ləvazimatlarının alışı, kuryer xidmətləri və bənzər şirkətlərdən endirimlər əldə edə bilərlər. Məqsədimiz bu endirim şəbəkəsini gələn il daha da genişləndirmək və artırmaqdır”.

“Mastercard”ın ölkə meneceri ödənişlərin təhlükəsizliyi məsələsinə də toxunub. Bildirib ki, texnologiya şirkəti olaraq bundan sonra da kibertəhlükəsizlik metodlarını təkmilləşdirəcəklər: “Süni intellekt bütün şirkətlər, o cümlədən “Mastercard” tərəfindən çox aktiv şəkildə istifadə edilməyə başlanıb. Bizim bir çox kibertəhlükəsizlik həlləri süni intellekt əsasında qurulub. Bundan sonra da süni intellekt əsasında digər yeni texnologiyaları həm dizayn edəcək, həm də texnologiyanın Azərbaycana daha tez gətirilməsi üçün səy göstərəcəyik”.

Fərqanə ALLAHVERDİQIZI

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?