15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şuşada Türk Dünyası Sığorta Birliyinin I Assambleyası keçirilib

Azərbaycan Mərkəzi Bankının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Şuşada Türk Dünyası Sığorta Birliyinin (TDSB) I Assambleyası baş tutub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Assambleya qurumun “Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycanda təşkil olunub. Tədbir müzakirə paneli formatında keçirilib. Müzakirələrdə sektor üzrə həyata keçirilən islahatlar və tənzimləyici çərçivələrin təkmilləşdirilməsi üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında danışılıb. Katastrofik risklərin sığorta sektoruna transfer olunması ilə dövlətin fiskal yükünün azaldılmasının əhəmiyyətini vurğulanıb.

Assambleyanın sonunda TDSB-nin TDT-nin prinsiplərinə uyğun yenidən formalaşdırılmasına dair sığorta assosiasiyaları tərəfindən “Proklamasiya sənədi” imzalanıb.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğız, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının maliyyə tənzimləyiciləri, sığorta assosiasiyalarının, eləcə də TDT-nin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, TDSB 2022-ci ildə Azərbaycan və Türkiyə sığorta assosiasiyalarının birgə təşəbbüsü ilə İstanbulda keçirilən Beynəlxalq Sığorta Zirvəsində təsis olunub. Birliyin təsisçiləri Azərbaycan, Qazaxıstan, Qırğız, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarıdır. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları birliyə müşahidəçi təşkilat olaraq qoşulublar.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?