15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nar ixracatçıları ilə görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, eləcə də quruma üzv olan sahibkarlarla görüş keçirilib.

Agentliyin məlumatına görə, görüş çərçivəsində nar məhsullarının ixrac potensialının artırılması, fitosanitar nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ixrac üçün zəruri sertifikatlaşdırma proseslərinin sürətləndirilməsi və logistik xərclərin optimallaşdırılması istiqamətində məsələlər müzakirə olunub. Bununla yanaşı, ixracın şaxələndirilməsi və məhsulların yeni bazarlara çıxışı imkanları ilə bağlı təkliflər səsləndirilib, mövcud vəziyyətin təhlili aparılıb və bazar iştirakçılarının praktiki təcrübəsinə əsaslanan yanaşmalar diqqətə çatdırılıb.

Görüşün yekununda təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, mövcud çağırışların həlli üçün müvafiq addımların atılacağı vurğulanıb. Həmçinin ixrac potensialının artırılması məqsədilə görüş iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?