15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırkı müsabiqəyə çıxarılan 4 obyekt Gəncə, Şamaxı şəhərlərində, Oğuz və Qazax rayonlarında yerləşir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 3 oktyabr 2025-ci il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarə üçün təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?