15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkədə metroloji infrastrukturun təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənmələri və ilkin nəmlik ölçmələri üzrə 7 yeni laboratoriyanın açılışı olub.

Çıxışlar zamanı Azərbaycanda metroloji infrastrukturun gücləndirilməsi, o cümlədən metrologiya sahəsində innovativ texnologiyaların tətbiqi və yeni metodların işlənməsinin strateji əhəmiyyəti barədə məlumat verilib. Həmçinin AzMİ-də qurulan müasir laboratoriya şəbəkəsinin beynəlxalq standartlara uyğun və qabaqcıl avadanlıqlarla təchiz edildiyi diqqətə çatdırılıb. Bu laboratoriyaların sənaye müəssisələrinin metroloji ehtiyaclarının ödənilməsi, elmi araşdırmalar, eyni zamanda ölkələrarası əməkdaşlıq üçün önəmli platforma olduğu vurğulanıb. Habelə gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və elmi-tədqiqat layihələrinin reallaşması üçün yaradılacaq imkanlardan bəhs olunub.

Məlumat üçün bildirək ki, Fotometrik ölçmələri laboratoriyasında işıq şiddəti, işıqlanma və işıq seli üzrə ölçmələr və cihazların kalibrlənməsi, Dalğa uzunluğu ölçmələri laboratoriyasında uzunluq vahidi olan metrin reallaşdırılması və ölkəmizdə izlənilmə zəncirinin təmin olunması, Xətti-bucaq ölçmələri laboratoriyasında uzunluq və bucaq kəmiyyətlərinin sənaye və aviasiya sahələrinə dəqiq ötürülməsi, Sərtlik ölçmələri laboratoriyasında isə metallurgiya, maşınqayırma, aviasiya və sənayedə istifadə olunan materialların sərtlik cihazlarının yoxlanması və kalibrlənməsi həyata keçiriləcək. Qüvvə ölçmələri laboratoriyasında müvafiq sahədə cihazların kalibrlənməsi ilə yanaşı, beynəlxalq izlənilməsi, Elektromaqnit çirklənmənin ölçülməsi laboratoriyasında yüksək gərginlik xətləri və mobil telekommunikasiya operatorlarına məxsus baza stansiyalarının yaratdığı elektromaqnit çirklənmənin ölçülməsi və ətraf mühitə təsirin azaldılması, İlkin nəmlik ölçmələri laboratoriyasında kimya, əczaçılıq, qida, səhiyyə və digər sahələrdə istifadə olunan nəmlik ölçmə cihazlarının yoxlanılması və kalibrlənməsi ilə bağlı işlər görüləcək.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?