15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şuşada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Sentyabrın 20-21-də Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, yarmarkada Şuşa şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri və sənətkarlar iştirak edə bilərlər.

“KOB FEST”də məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlar 16 sentyabr, saat 18.00-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şuşa” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirakı üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi bölgədə fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?