15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi artıb

Ölkə üzrə illik adambaşına bütün növ ət və ət məhsullarının istehlakı 2019-cu ildəki 40,8 kiloqramdan 2024-cü ildə 45 kiloqramadək artıb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu dövrdə mal əti və ət məhsulları üzrə illik adambaşına olan istehlak həcmi 16,1 kiloqramdan 16,9 kiloqrama, qoyun və keçi əti və ət məhsulları üzrə 8,7 kiloqramdan 9,1 kiloqrama, quş əti və ət məhsulları üzrə isə illik adambaşına istehlak 15 kiloqramdan 18,1 kiloqramadək artıb.

Ölkənin heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi bütün növ ət və ət məhsulları üzrə 2019- 2024-cü illər ərzində 0,9 faiz bəndi artaraq 83,4 faiz təşkil edib. 2024-cü ilin sonuna mal əti və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 88,5 faiz, qoyun və keçi əti və ət məhsulları üzrə 96,5 faiz, quş əti və ət məhsulları üzrə isə 76,6 faiz təşkil edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?