15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycandan ABŞ bazarına quru meyvə ixracı üçün hazırlıq işləri aparılır

Amerika Birləşmiş Ştatlarının Kaliforniya və Nyu-York ştatlarına Azərbaycandan quru meyvələrin ixracına dair hazırlıq işləri aparılır.

“Azexport” portalının məlumatına görə, mövzu ilə bağlı Dolcha Foods şirkəti ilə keçirilən görüşdə Amazon və eBay kimi platformalarda satış imkanları, ABŞ bazarının spesifik tələbləri və məhsul dizaynları ətraflı təhlil edilib, elektron ticarət imkanları müzakirə edilib. Məhsulların qablaşdırma və dizayn standartlarına uyğunlaşdırılması, eləcə də sertifikatlaşdırma əsas prioritet kimi qiymətləndirilib.

Bildirilib ki, Dolcha Foods şirkəti tərəfindən məhsullar üçün FDA (Food and Drug Administration) qeydiyyatı tamamlanıb, qida dəyəri (Nutrition Facts) cədvəlləri hazırlanıb, etiketlər çoxdilli dizayn olunub. Hazırda allergen xəbərdarlıqları və istehsal partiya kodları əlavə olunur.

Görüşün sonunda tərəflər ABŞ-yə quru meyvə ixracı üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?