15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin birinci müavini Uruqvaya səfər edib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvay Şərq Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasi ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük, mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənəd imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

Uruqvayın sənaye, enerji və mədənçilik naziri Fernanda Kardona ilə görüşdə bildirilib ki, Uruqvay şirkətlərinin Azərbaycana investisiya qoyuluşu üçün böyük potensial mövcuddur. Xüsusilə bərpa olunan enerji, yaşıl texnologiyalar, infrastruktur, nəqliyyat və sənaye sahələrində geniş əməkdaşlıq imkanları var. Ələt Azad İqtisadi Zonası xarici investorlar, o cümlədən uruqvaylı sərmayədarlar üçün geniş imkanlar açır.

Uruqvayın Yanacaq, Spirt və Limanlar Milli Administrasiyasının (ANCAP) prezidenti Sesi̇liya San Roman ilə görüşdə SOCAR ilə ANCAP arasında əməkdaşlıq imkanları, xüsusilə enerji sahəsində qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Tərəflər yaşıl enerji və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?