15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Argentina ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentinanın İqtisadiyyat Nazirliyində maliyyə katibi Pablo Quirno və istehsalat koordinasiyası katibi Pablo Lavigne ilə görüş keçirib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər, imzalanmış sənədlər və həyata keçirilən tədbirlər mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən Azərbaycan-Argentina Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün əhəmiyyətli platforma kimi çıxış edir.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, bu sahədə qanunvericilik bazasının yenilənməsi, bir çox ölkələrlə imzalanmış sərmayələrin təşviqi və qarşılıqlı qorunması, o cümlədən preferensial ticarət sazişləri, həmçinin ölkəmizin tərəfdaş olduğu beynəlxalq investisiya alətlərinin təqdim etdiyi imkanlar haqqında məlumat verilib, Argentinanın biznes nümayəndələri fəal işbirliyinə dəvət olunub.

Tərəflər ikitərəfli ticarət və investisiya münasibətlərinin gücləndirilməsi, potensial birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Argentinanın dövlətə məxsus YPF enerji şirkətinin strategiya, yeni bizneslər və kontrol üzrə vitse-prezidenti Maksimilano Vesten və kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Matias Farina ilə görüşdə Azərbaycanın enerji potensialı və təşəbbüsləri, yaşıl enerji gündəliyi, bu istiqamətdə həyata keçirilən əməkdaşlıq və tətbiq edilən texnologiyalar haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmizin Argentina ilə ənənəvi və alternativ enerji üzrə əməkdaşlığı üçün geniş imkanlar var.

Görüşdə enerji üzrə işbirliyi, potensial birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?