15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Akkreditasiya Mərkəzi Beynəlxalq Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul olunub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation - ILAC) ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib.

Dövlət Agentliyinin məlumatına görə, ILAC-a tamhüquqlu üzvlük akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların təqdim etdiyi sənədlərin beynəlxalq səviyyədə tanınmasına, eləcə də ticarət müqavilələrinin bağlanması zamanı texniki maneələrin aradan qaldırılmasına zəmin yaradacaq. Bir sözlə, AzAK tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təqdim etdiyi kalibrləmə və sınaq nəticələri ILAC-a üzv olan bütün ölkələrdə etibarlı və qarşılıqlı tanınan rəsmi sənəd kimi qəbul olunacaq.

Qeyd edək ki, ILAC-a tamhüquqlu üzvlük statusu AzAK-ın 3 avqust 2025-ci il tarixində Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025:2017 standartı əsasında Qarşılıqlı Tanınma Razılaşması (MRA) çərçivəsində tamhüquqlu üzv seçilməsi nəticəsində əldə edilib. Belə ki, APAC-ın Qarşılıqlı Tanınma Razılaşmasına qoşulma statusu AzAK-ın kalibrləmə və sınaq laboratoriyalarının akkreditasiyası sahəsində beynəlxalq tələblərə tam uyğun fəaliyyət göstərdiyini təsdiq edib.

Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (ILAC) beynəlxalq səviyyədə laboratoriyaların akkreditasiyasını əlaqələndirən və uyğunluğun qiymətləndirilməsi sahəsində etibarlılığı təmin edən əsas təşkilatdır. ILAC digər sahələrlə yanaşı, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya nəticələrinin beynəlxalq səviyyədə qarşılıqlı tanınmasını təmin edir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?