Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub YENİLƏNİB
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə onlayn formatda görüşüb.
Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Qeyd olunub ki, bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ticarətin asanlaşdırılmasında, iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.
Tərəflər həyata keçirilən birgə layihələr, energetika üzrə tərəfdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparıblar.
-----
12:32
“Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşdük. Ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərini vurğuladıq. Həyata keçirilən birgə layihələr, enerji sahəsində tərəfdaşlıq, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
