15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gəmi təmiri zavodunda 10 ayda 112 min kVts yaşıl enerji hasil olunub

“Bibiheybət” Gəmi Təmiri Zavodunda ötən ilin oktyabrında quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 112 082 kilovat-saat (kVts) enerji hasil olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatına görə, bəzi günlərdə enerji hasilatı 700–800 kVts səviyyəsinə yaxınlaşıb.

Hesablamalara əsasən, ötən müddətdə təxminən 80 tona yaxın karbon qazı emissiyasının qarşısı alınıb. Həmçinin 43,9 ton daş kömürə qənaət olunub ki, bu da enerji hasilatında fosil (qalıq) yanacaqlardan istifadənin azalmasını göstərir.

Qeyd edək ki, zavodun 512 kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəş paneli quraşdırılıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?