15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan sahibkarları üçün yeni imkanlar yaradılacaq

“Azexport” portalı ilə Mərkəzi ofisi ABŞ-da yerləşən qlobal rəqəmsal ödəniş platforması “Payoneer” arasında onlayn görüş keçirilib.

“Azexport”un məlumatına görə, görüşdə davam edən layihələr müzakirə olunub, “Amazon”, “eBay” və digər platformalarda rast gəlinən hüquqi və texniki çətinliklər gündəmə gətirilib.

Bununla yanaşı Azərbaycan sahibkarları üçün xüsusi rəqəmsal müraciət imkanı təqdim edilib ki, bu yenilik sayəsində problemlər daha operativ şəkildə həllini tapacaq, beynəlxalq platformalara çıxış daha rahat təmin ediləcək və maliyyə axınları daha effektiv idarə olunacaq.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşovun sözlərinə görə, "Amazon", "eBay" kimi nəhəng platformalara çıxış Azərbaycan üçün rəqəmsal özünüməşğulluq, ixtisaslı kadrların yetişməsi və valyuta axınının artması baxımından çox önəmlidir. Bu əməkdaşlıq qlobal elektron ticarətə çıxışı asanlaşdıracaq və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?