5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə milli məkan standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 19107:2025 “Coğrafi informasiya — Məkan sxemi”, AZS ISO 19110:2025 “Coğrafi informasiya Kataloqlaşdırma xüsusiyyəti üçün metodologiya”, AZS ISO 19111:2025 “Coğrafi informasiya — Koordinatlar üzrə istinad”, AZS ISO 19115-1:2025 “Coğrafi informasiya – Metaməlumatlar – Hissə 1 – Baza məlumatları”, AZS ISO 19143:2025 “Coğrafi informasiya — Filtr kodlaşdırması” yeni dövlət standartları qəbul edilib.

Sözügedən dövlət standartları coğrafi məlumatların toplanması, saxlanması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, vizuallaşdırılması, kodlaşdırılması və təqdim olunması, eləcə də zamanla əlaqəli dəyişikliklərin izlənilməsi prosesləri haqqında qaydaları müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqi ilə müxtəlif qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsi, məkan məlumatlarına şəffaf və asan çıxış, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi imkanları genişlənəcək.

Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?