15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron Hökumət İnformasiya Sistemində hansı dəyişikliklər gözlənilir?

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən səkkiz əsas altsistemdən ibarətdir. Kommunal xidmətlər üzrə məlumatların toplanması, emalı, analizi və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini həyata keçirən “Vahid Kommunal Xidmətlər”, fərdi məlumatların yalnız qanuni razılıq əsasında işlənməsi və ötürülməsini təmin edən “Rəqəmsal Razılıq”, yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlərinin və qəyyumluq-himayəçilik qərarlarının idarə olunmasını icra edən “Rəqəmsal İcra Hakimiyyəti”, qəbul edilmiş qeyri-normativ hüquqi aktların vahid bazasını formalaşdıran “Yerli İcra Hakimiyyəti Orqanları Başçılarının Qeyri-normativ Hüquqi Aktlarının Reyestri”, dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz sənəd mübadiləsini təmin edən “Rəqəmsal Sənəd Dövriyyəsi”, bütün dövlət informasiya resurslarını vahid bazada birləşdirən “Dövlət İnformasiya Ehtiyatlarının, Sistemlərinin və Elektron Xidmətlərin Vahid Reyestri”, dövlət informasiya sistemləri arasında təhlükəsiz məlumat mübadiləsini həyata keçirən “Rəqəmsal Məlumat Mübadiləsi” və təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər eyniləşdirmə vasitələri ilə vahid autentifikasiyanı təmin edən “Vahid Giriş” bu altsistemlərə daxildir.

EHİS-də xidmətlər “bir pəncərə prinsipi” əsasında “mygov”, “mygov biznes”, “Açıq məlumatlar” və “Geoportal” portalları üzərindən təqdim ediləcək. Qeyd edək ki, sahibkarlıq subyektlərinə dövlət xidmətləri “mygov biznes” portalı üzərindən təqdim olunacaq. “Rəqəmsal Razılıq” altsistemi vasitəsilə fərdi məlumatların sahibkarlıq subyektləri ilə qanuni əsasla paylaşılması mümkün olacaq, sahibkarlıq subyektlərinin xidmətləri “mygov” və “mygov biznes” portalları vasitəsilə təqdim oluna biləcək. Həmçinin vətəndaş müraciətləri və informasiya sorğuları “mygov” portalı üzərindən göndərilə biləcək. Bundan əlavə, mobil tətbiqlər, virtual köməkçilər və digər rəqəmsal kanallar vasitəsilə də əlçatan olacaq. İstifadəçi yönümlü yanaşma və rahat interfeys prinsiplərinə əsaslanan bu imkanlar vətəndaşların və biznesin rəqəmsal xidmətlərdən istifadəsini sadələşdirəcək.

Yeni Əsasnamənin tətbiqi dövlət idarəçiliyində rəqəmsallığı artırmaqla yanaşı, xidmətlərin sürətini və əlçatanlığını yüksəldəcək, dövlət qurumları arasında koordinasiyanı gücləndirəcək. Nəticədə, həm vətəndaş, həm dövlət, həm də biznes üçün vaxt və resurs qənaəti təmin olunacaq.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?