13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 97%-i elektron formada həyata keçirilib

2025-ci ilin I yarımilində İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə ümumilikdə 11.2 milyondan artıq müraciət qeydə alınıb. Müraciətlərin təxminən 97%-i (10.9 milyondan artıq müraciət) elektron xidmətlərin payına düşüb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi müraciətlər 29%, elektron xidmətlərə müraciətlər isə 33% artıb.

İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 285 xidmət göstərilir ki, onların 67%-i (191 xidmət) artıq elektronlaşdırılıb. Sahibkarlara təqdim olunan xidmətlər arasında xüsusi yer tutan lisenziyaların verilməsi prosesi tam elektronlaşdırılıb. Sahibkarlar müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, lisenziya müraciətləri müvafiq “ASAN xidmət” mərkəzləri və KOB evləri vasitəsilə də təqdim oluna bilər. 2025-ci ilin I yarımilində ümumilikdə 837 lisenziya verilib, onlardan 636-sı elektron qaydada təqdim olunub. “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6 526 elektron lisenziya təqdim olunub. Portal İqtisadiyyat Nazirliyi tərəfindən verilən 23 fəaliyyət növü üzrə lisenziya alınması ilə bağlı müraciətlərin qəbulunu, 8 aidiyyəti qurumdan rəylərin alınmasını və nəticələrin rəsmiləşdirilməsini təmin edir. Portalın yaradılmasında məqsəd sahibkar və dövlət orqanı arasındakı birbaşa təması minimuma endirmək, sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların və icazələrin alınması üçün ayrı-ayrı qurumlara müraciət etmək zərurətinin aradan qaldırılması, prosesin istifadəçi tərəfindən izlənilə bilən olması, sahibkarların vaxt və resurs itkisinin azaldılmasıdır.

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.

Sahibkarlar bu platformalar vasitəsilə zəruri iqtisadi və hüquqi məlumatlar ala, həmçinin sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi sənədlər – lisenziyalar, qrant müqavilələrinin qeydə alınması ilə bağlı bildirişlər və digər sənədlər üçün müraciət edə bilərlər.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin “Elektron Xidmətlər Portalı”nın yeni versiyası hazırlanaraq pilot rejimdə istifadəyə verilib. Portal vahid pəncərə funksiyasını yerinə yetirərək istifadəçilərə elektron kabinet vasitəsilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeli qurumların da xidmətlərindən yararlanmaq imkanı yaradılıb. Portalda istifadəçilərə müraciət etdikləri xidmətin icra prosesini izləmək və xidmətdən istifadə barədə rəy bildirmək imkanı təqdim olunur.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?