23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pirallahı Sənaye Parkının ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib

Pirallahı Sənaye Parkının ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 129 milyon manata yaxın olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 56 milyon manata yaxın investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb.

Pirallahı Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. Belə ki, Parkda indiyədək 70 milyon manatlıq məhsul istehsal edilib. O cümlədən 2025-ci ilin I yarısında Parkda 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu də ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 15% çoxdur.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Park 30 hektar ərazini əhatə edir. Parkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?