15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Regional iqtisadi əməkdaşlıq strateji istiqamətlər üzrə genişləndirilir

Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı olub. Tədbirdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin rəsmi şəxsləri və hökumət nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə bu ilin iyulunda Bakıda keçirdiyi görüşdə verilən tapşırıqlara uyğun olaraq qısa müddət ərzində layihənin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqazla Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Azərbaycanın qlobal enerji xəritəsində artan rolunu nümayiş etdirən bu mühüm hadisə ölkəmizin qaz ixracı coğrafiyasının yeni strateji istiqamətlər üzrə genişləndirildiyini göstərir.

Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılış mərasimində iştirak edən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Türkiyədə bir sıra görüşlər keçirib.

Qətər İnkişaf Fondunun baş direktoru Fəhəd Həməd Al Suleyti ilə görüşdə Azərbaycan-Qətər əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkəmizlə iqtisadi əməkdaşlıq istiqamətləri, biznes əlaqələrinin gücləndirilməsi, enerji, ticarət və investisiyalar üzrə qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparılıb.

Suriya Ərəb Respublikasının energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin region üçün əhəmiyyəti qeyd edilib. İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, enerji tərəfdaşlığının inkişafı və potensial layihələr nəzərdən keçirilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?