15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvandakı “Ortakənd” qızıl yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulur

Naxçıvanın Culfa rayonundakı “Ortakənd” qızıl yatağının istismarı üçün aktiv hazırlıq işləri aparılır.

Bunu Naxçıvan Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimində çıxış edərkən "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun yatağın yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Qızıl ehtiyatının satılabilən miqdarı isə 237 min unsiya qiymətləndirilib.

“Ortakənd” yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulub. Hazırda ilkin texniki-iqtisadi hesablama parametrləri üzrə araşdırmalar davam etdirilir. Sosial, iqtisadi və ekoloji faktorlar nəzərə alınmaqla yatağın satılabilən ehtiyatlarının daha da artırılması üçün optimal hasilat və emal texnologiyaları araşdırılır”, - Zakir İbrahimov qeyd edib.

QSC-nin İdarə Heyətinin sədri bildirib ki, Culfa və Ordubad rayonlarında yerləşən digər perspektiv sahələrdə də tədqiqatlar aparılır. Söhbət “Göydağ” mis-molibden, “Başkənd” mis və “Nəsirvaz” polimetal təzahürləri sahələrindən gedir.

Zakir İbrahimovun sözlərinə görə, cari il ərzində “Göydağ” və “Başkənd” yataqlarının ehtiyatlarının beynəxalq standartlara uyğun hesablanması nəzərdə tutulub: “Göydağ” yatağının 2029-cu ildə, digər yataqların tədqiqatların son nəticələrindən asılı olaraq növbəti illərdə istismara verilməsi proqnozlaşdırılır. Dünya təcrübəsinə baxsaq, mədən layihələrinə hazırlıq prosesi Avstraliya, Kanada, Çin kimi nəhəng dağ-mədən ölkələrində belə bir sıra amillərdən asılı olaraq bəzən 20 ilə qədər vaxt tələb edir. Təbii ki, bu müddəti müəyyən edən yatağın miqyasının böyüklüyü, geoloji quruluşunun mürəkkəbliyi, yerləşdiyi relyef, şirkətin resursları və digər texniki amillərdir. Biz ötən dövrlərdə əldə etdiyimiz təcrübə əsasında istismara hazırlıq prosesini müddət olaraq kifayət qədər azaltmağa nail olmuşuq. Müasir, innovativ texnologiyalardan istifadəni genişləndirməyimiz də bu məsələdə mühüm rol oynayıb”, - Zakir İbrahimov əlavə edib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?