15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çexiyada iqtisadi əməkdaşlığa dair görüşlər keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb. Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığın genişləndirilməsində Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Çex Respublikasının nəqliyyat naziri Martin Kupka ilə görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Bildirilib ki, nəqliyat və tranzit istiqamətləri Çexiya ilə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Görüşdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələrinə dair fikir mübadiləsi olub. Tərəflər innovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə ediblər.

Çexiyanın “Agrofert” şirkətinin sədr müavini Petr Cingri ilə görüşdə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyəti vurğulanıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış fürsətlər və potensial əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb. “Agrofert” şirkəti ölkəmizdə yaradılan əlverişli biznes mühitindən yararlanmaqla fəal işbirliyinə dəvət olunub.

“Skoda Group”un icraçı sədr müavini Tomas İqnaçak ilə görüşdə Azərbaycanın iqtisadi prioritetləri, ölkəmizdə yaşıl texnologiyaların tətbiqi barədə məlumat verilib. “Skoda Group” ilə əməkdaşlıq və şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirə aparılıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?