12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirilib

Daşkəsən rayonunun Xoşbulaq kəndində “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” Festivalı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, kənd təsərrüfatı məhsulları festivalının əsas məqsədi ailə kəndli təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təşviqidir. Festival yerli istehsalçıların məhsullarının tanıdılması və kənd təsərrüfatının inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

Festivalda rayonda fəaliyyət göstərən fermerlər və istehsalçılar tərəfindən təqdim edilən müxtəlif kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları, arıçılıq məhsulları, meyvə, tərəvəz və digər təbii qidalar nümayiş olunub. Təbii və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları konseptində keçirilən festivalda ziyarətçilər məhsulları birbaşa istehsalçılardan almaq imkanı əldə ediblər.

Tədbirdə fermerlərlə yanaşı, sahibkarlar, investorlar, kənd təsərrüfatı üzrə mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Festivalda Daşkəsən rayonunun kənd təsərrüfatı potensialı nümayiş etdirilib, yerli istehsalçılar arasında əlaqələrin möhkəmləndirilməsi və regionun aqroturizm imkanlarının tanıdılması məqsədilə görüş və təqdimatlar keçirilib. Festival çərçivəsində sərgi ilə yanaşı, kənd həyatına həsr olunmuş proqramlar təşkil olunub.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti məhsul festivalının iyulun 25-də Kürdəmir rayonunda keçirilməsi nəzərdə tutulur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?