23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Milli Proqram"a qeydiyyat davam edir

"Milli Proqram"a qeydiyyat davam edir

“Milli Proqram” çərçivəsində “Coursera” platformasında dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi istifadəçilər üçün əlçatandır.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, ən çox müraciət olunan 2,5 min kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə, 10 kurs isə “deepfake” texnologiyası ilə dublyaj olunan şəkildə təqdim olunur.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilərlər. Qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az/ linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər.

Proqram İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbüsü ilə həyata keçirilir. SOCAR, “PashaHolding”, bp, JOCAP və Azerconnect Group şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?