20 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun video-konfrans formatında növbəti iclası keçirilib. İclasda Əlaqələndirmə qrupunun üzvləri ilə yanaşı, Komissiyanın aidiyyəti işçi qruplarının, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. İclasda resurslardan daha səmərəli istifadənin, reallaşdırılmış islahatlar barədə beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün qlobal təşkilatlarla koordinasiyanın gücləndirilməsinin önəmi vurğulanıb.

Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Qlobal İnnovasiya İndeksində Azərbaycanın göstəricilərinin yaxşılaşdırılması üçün işçi qrupları arasında qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin artırılmasının əhəmiyyətini qeyd edib.

İclasda işçi qruplarının nümayəndələri tərəfindən Qlobal İnnovasiya İndeksinə dair fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlər və gözləntilər barədə məlumat verilib. Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin təhlili, İndeksdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına dair tövsiyələri əhatə edən təqdimatlar edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?