23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarlar üçün geniş imkanlar yaradılıb. Şəhər və rayonlardakı mövcud tikililər müraciətlər əsasında qanunvericiliyə uyğun olaraq sahibkarlara icarəyə verilir. İndiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 474 obyekt sahibkarlara icarəyə verilib. Bölgədə müxtəlif təyinatlı obyektlər fəaliyyətə başlayıb. Hazırkı dövrədək bu ərazilərə investorlar tərəfindən 45,5 milyon manata yaxın investisiya yatırılıb.

Bunu diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirəsinin Xankəndi şəhərində keçirilən xüsusi sessiyasındakı çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

Onun sözlərinə görə, fəaliyyətə başlamış obyektlərdə 2 minə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5 minə çatacaq: “İqtisadi uğurların əldə edilməsində dövlətin işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayır. Təşviq mexanizmləri Qarabağın iqtisadiyyatının bərpası prosesinə yerli investorlarla yanaşı, xarici investorların da cəlb edilməsinə şərait yaradır. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə investisiya fəaliyyəti üçün yaradılmış əlverişli şərait və təşviq mexanizmləri barədə xarici investorların məlumatlandırılması istiqamətində xaricdəki diplomatik nümayəndəliklərlə birgə əməkdaşlıqda da maraqlıyıq”.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?