Şəkər istehsalında artım qeydə alınıb
Bu ilin yanvar-may aylarında ölkədə 118 min ton şəkər və qənd istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 40,6 faiz və ya 34,1 min ton artıb.
Cari ilin aprel ayı ilə müqayisədə mayda istehsal həcmində 74,1 faiz və ya 14 min ton artım qeydə alınıb. May ayında 32,9 min ton şəkər və qənd istehsal olunub.
İyun ayının 1-nə hazır məhsul ehtiyatı 5,8 min ton təşkil edib.
