21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda hərrac yolu ilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib. 13 sahibkar hərracın qalibi olub.

Diqqətə çatdıraq ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı 22 iyul 2025-ci il tarixdə Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən Hərracların Təşkili Mərkəzinin inzibati binasında təşkil olunacaq.

Ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin http://auksion.nmr.az rəsmi saytlarından əldə etmək olar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?