21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TDT əsas kənd təsərrüfatı məhsullarının aparıcı ixracatçısına çevrilməyi hədəfləyir

Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, toplantıda Azərbaycanı nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə çıxış edərkən Məcnun Məmmədov səmərəli kənd təsərrüfatı diplomatiyasını qlobal aqro-ərzaq sisteminin üzləşdiyi çoxsaylı çağırışları və təhdidləri aradan qaldırmaq üçün mühüm vasitə adlandıraraq əlavə edib ki, TDT ölkələri arasında ticarət əlaqələri daha da möhkəmləndirilməli və ölkələrin əsas kənd təsərrüfatı məhsullarının aparıcı ixracatçılarına çevrilməsi üçün birgə səylər artırılmalıdır. O vurğulayıb ki, TDT ölkələrinin müasir nəqliyyat infrastrukturu, zəngin enerji resursları, azad iqtisadi zonaları və əlverişli investisiya mühiti biznes icmalarının uğurlu fəaliyyəti üçün əhəmiyyətli üstünlüklər yaradır. Bu il Türk İnvestisiya Fondunun rəsmi fəaliyyətə başlaması gözlənilir. Bunu əsas gətirən nazir Məcnun Məmmədov qeyd edib ki, Fondun imkanlarından aktiv istifadə edərək TDT brendi altında birgə istehsala yönəlmiş pilot layihələr həyata keçirilməlidir.

Nazirlər Toplantısında müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.

Öncədən müəyyən edilən meyarlar əsasında 2025-ci ilin sentyabr ayından etibarən Qırğızıstanın Çolpon-Ata şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı elan edilib. TDT Kənd Təsərrüfatı Nazirlərinin növbəti toplantısının Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub, Kənd Təsərrüfatı üzrə İşçi Qrupunun 2026-cı il üçün xüsusi Fəaliyyət Planı hazırlamasına qərar verilib.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə aqro-ərzaq sisteminin dayanıqlığının təmin olunması, aqrar sahədə innovasiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi, TDT çərçivəsində kənd təsərrüfatı kooperasiyası fəaliyyətlərinin həyata keçirilməsinə dəstək və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?