16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkənin müxtəlif regionlarında məhsul festivallarına start verilir

Ölkənin müxtəlif regionlarında məhsul festivallarına start verilir

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında məhsul festivallarına start verilir.

“Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, ilk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq.

Cari ildə Samuxda “II Ərik”, Şəmkirdə “Tərəvəz”, Daşkəsəndə “Kəndli və Fermer”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Göygöldə “II Moruq”, Şamaxıda “Üzüm və Şərab”, Masallıda “Çəltik”, Neftçalada “Balıq”, Saatlıda “Pambıq”, Ağstafada “Yerfındığı”, Balakəndə “V Xurma” və Ağdaşda “Heyva” festivalları keçiriləcək.

3 iyul tarixində Şəmkirdə baş tutacaq “Tərəvəz” festivalında sərgi hissəsi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün piknik zonası yaradılacaq. Burada şəhər sakinləri və qonaqlar üçün xüsusi ayrılmış ərazilər olacaq, piknik mədəniyyəti təbliğ ediləcək və istifadə olunan bütün ərzaq məhsulları məhz həmin bölgənin fermerlərinin təqdim etdiyi yerli məhsullardan ibarət olacaq.

Festivalların keçirilməsində əsas məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsalçıların dəstəklənməsi, məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir. Eyni zamanda bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və bölgələrdə milli mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?